Bütün müsəlman ölkələri bu hakimdən danışır - AZAN SƏSİ GƏLƏN KİMİ OYUNU DAYANDIRDI

  • By admin
  • 26 Yanvar 2018 13:24
Dünyanın ən yaxşı hakimlərindən biri Mark Klattenburq Səudiyyə Ərəbistanında idarə etdiyi futbol oyunu zamanı maraqlı qərar qəbul edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Əl Feiha” və “Əl Fateh” klublarının ölkənin Kral Kuboku uğrunda baş tutan matçında azana görə oyunu dayandırıb.
Azan səsi bitdikdən sonra hakim yenidən başlama fitini səsləndirib. Onun bu hərəkəti müsəlman futbolsevərlər tərəfindən bəyənilib, hakim alqışlara qərq olub.
Qeyd edək ki, Klattenburq Premiyer Liqadakı vəzifəsindən ayrılaraq, Səudiyyə Ərəbistanının Futbol Federasiyasına keçid edib.

Gununsesi.info