Ötən gecə Londonda məscid yaxınlığında terror aktı törədən şəxsin adı açıqlanıb.
Gununsesi.info-nun FOX-a istinadən verdiyi xəbərə görə, cinayəti törədən 47 yaşlı Darren Osborn olub.
Ötən gecə Londonda sürücü avtomobili piyadaların üstünə sürüb və deyib ki, bütün müsəlmanları məhv etmək istəyir.
Hadisə Londonun şimal-şərqində məscid yaxınlığında, möminlər gecə namazından çıxarkən baş verib.
İnsident nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Cinayətkar həbs olunarkən də ətrafdakı müsəlmanları qıcıqlandırmaq üçün təhqiramiz ifadələr səsləndirib.
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey də hadisə baş verən əraziyə-məscidə gəlib, müsəlman icmasından olan insanlarla görüşüb, onları dinləyib və olayı qətiyyətlə, pisləyib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info