“Bütün Qara dəniz ruslaşdı” deyən Putinə baş nazirdən sərt ETİRAZ

  • By admin
  • 16 Dekabr 2023 12:08

Bolqarıstanın baş naziri Nikolay Denkov Rusiya prezidenti Vladimir Putinin “bütün Qara dəniz Rusiyadır” şərhini bəzi Avropa İttifaqı (Aİ) ölkələrini hədəf alan “imperiya ambisiyası” kimi qiymətləndirib.

Gununsesi.info xəbər verir ki, Denkov Aİ Şurası və Aİ-Qərbi Balkanlar Zirvə toplantısına qatılmaq üçün getdiyi Brüsseldə Putinin Qara dənizlə bağlı qiymətləndirmələri ilə bağlı jurnalistlərə açıqlama verib.

“Əvvəlki illərdə Rusiya tərəfi imperiya ambisiyaları qoxuyan bəyanatlar verirdi. Bu imperiya ambisiyaları hazırda mövcud olan, bəziləri Aİ üzvü olan ölkələrin əksəriyyətini hədəf alır. Digər tərəfdən, bu sözlərlə diqqətli olmalıyıq, çünki ilk baxışda sadəcə bəyanatlar kimi görünsə də, bəziləri fəaliyyət planına çevrilə bilər”, – deyə .

Rusiyada televiziya və radioda birgə yayımlanan illik mətbuat konfransında Putin “93 müharibəsi” olaraq da bilinən Osmanlı-Rusiya müharibəsinə (1877-1878) toxunaraq, “Osmanlı-Rusiya müharibəsindən sonra bütün Qara dəniz ruslaşdı” dəyərləndirməsini edib.

Gununsesi.info