Bütün təxribatların mənbəyi, ilhamvericisi Rusiyadır - EKSPERT

  • By admin
  • 05 Mart 2023 17:59

“Bütün təxribatların mənbəyi, ilhamvericisi Rusiyadır. Bu bölgədə Kremlə daim axan qan lazımdır, onu təmin etmək üçün hər şey edəcək“.

Bunu Gununsesi.info-ya açıqlamasında siyasi ekspert Elçin Rüstəmli Qarabağda yaşayan dünənki olayı rh edərkən deyib.

Bir anlıq təsəvvür edin, Rusiya “sülhməramlıları” bölgədə olmasaydı, Azərbaycan Ordusuna kim güllə atmağa cürət edər? Ermənistan, yoxsa, Qarabağdakı silahlı tör-töküntülər?”.

Elçin Rüstəmli deyir ki, bu dəfə Rusiyaya xəbərdarlıq filan yox, ultimatum verilməlidir:

Bir həftə ərzində silahlı quldur dəstələri ya tərk-silah edilib bölgədən çıxarılmalı, ya da antiterror əməliyyatı keçirilməlidir. Zaman daralır”.

 

Mais

Gununsesi.info