Bütün terror təşkilatlarını əzib yox edəcəyik - Səfir

  • By admin
  • 15 Dekabr 2016 16:24
ozoral
“Millət olaraq hamımız kədərliyik. Heç kəs terror aktı ilə nə Türkiyəni sarsıda, nə də türk millətinin gözünü qorxuda bilər”.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, türk milləti terrorla mübarizədə hər zaman hökümətin yanındadır:
“Adı nə olur olsun, istər PKK, istər İŞİD, istərsə də FETÖ, fərq etməz, bilsinlər ki, onları əzib yox edəcəyik”.
Səfir deyib ki, biz kədərli ola bilərik, lakin terrorla mübarizə aparmağa tam qərarlıyıq.
Mürtəza 
Gununsesi.info