“Bütün uşaqlarımın anaları baş tacımdır” - İBRAHİM TATLISƏS

  • By admin
  • 06 Sentyabr 2017 10:18

ibrahim

Ötən həftə keçmiş həyat yoldaşı Dərya Tuna və oğlu İdo ilə birlikdə tətilə çıxan müğənni İbrahim Tatlısəs haqqında yazılan xəbərlərə əsəbiləşib. 

Gununsesi.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi Dərya Tuna ilə barışması haqda yazılanlara hirslənib:

“Günlərdir haqqımda yazılan xəbərləri oxuyuram. “İbrahim tatlısəs Dərya Tuna ilə barışdı”. “Barışdı” nə deməkdir? Guya biz küsülü idik, indi barışmışıq. Bundan sonra Dərya xanımla niyə küsək ki? Küssək də, hər ailədə belə şeylər olur. Küsərik də, barışarıq da, nə dəxli var? Dərya xanım uşağımın anasıdır. Mənim də başımın tacıdır. Bütün uşaqlarımın anaları baş tacımdır”.

Gununsesi.info