

Hər fəslin öz özəlliyi və gözəlliyi var.
İnsanlar daha çox yaz, yay və payız fəslini və bu fəsillərin bəxş etdiyi gözəllikləri seyr etmək daha çox özvq verər. Qış fəsli ilə bağlı fərqli yanaşmalar mövcuddur. Belə demək mümkünsə əksər insanlar qış fəslini sevməz və onun yaratdığı qayğılardan gileylənərlər. Ancaq bu fəslin də öz gözəlliyi var və çoxsaylı insanlar səbrsizliklə bu fəslin gəlişini gözləyər. Xüsusən də uşaq, yeniyetmə və gənclər. Onlar daha çox qar yağması və qarın ləzzətini necə çıxarmaq arzusu ilə yaşarlar. Qar da isə uşaqların sevinci ayrı cür olur. Qışın qayğıları ilə yanaşı gətirdiyi bir sıra ənənələr formalaşdırıb. Necə deyərlər artıq qış bir sıra ölkələrin əsas gəlir mənbəyinə çevrilib. İnsanlar bu fəsildə əməlli-başlı qazanırlar.
Məhz bunun nəticəsidir ki, qış turizmi son onilliklərin ən populyar mövsümünə çevrilib. Demək olar ki, qış turizmi bu gün yay turizmindən heç də geri qalmır. Müxtəlif ölkələrdə qış turzmindən özünə uyğun formada istifadə edir. Hansısa ölkə qış dağ xizək turizm mərkəzləri yaratmaqla turistləri cəlb etməyə çalışır. Bir qism ölkələr isə turistlər daha maraqlı ideyalarla özünə clb edir. Artıq buz festivalları turistlərin cəlb edilməsi baxımından qış turizmi sənayesində aparıcı yerlərdən birini tutur.
İndi isə söz açacağım Buz şəhərciyi ideyası da qış turizminin inkişaf etdirilməsi baxımından özünəməxsus yeri var. Artıq insanlar qışa yaradıcılıq fəsli kimi baxırlar. Necə deyərlər qar və bu insanların bir gəlir mənbəyinə çevrilib. İnsanlar buz və qardan müxtəlif heykəllər düzəldərək öz yaradıcılıqlarını nümayiş etdirirlər. Belə bir ənənə artıq dünyanın bir neçə ölkəsində yaşanmaqdadır. Ən populiayrı isə Çinin Xarbin şəhəridir. Bundan əlavə olaraq Kanadada və bir sıra Avropa ölkələrində də buz festivalları keçirilir. Ancaq xarbin buz festivalının özünəməxsus yeri var və demək olar ki, dünyada ən məhşur buz festivalı bu şəhərdə keçirilir.
Buz şəhərciyi –Xarbin.
Xarbin bu gün dünyada daha çox Buz şəhərciyi kimi tanınır. Çinin şimal-şərqində yerləşən bu şəhərdə düz 33 ildir ki, bu şəhərdə bu şəhərdə buz heykəllər düzəltməklə turistləri bu şəhərə cəlb edirlər. Hər il olduğu kimi bu ildə Xarbində düzənlənən festivalda düzəldilən buz heykəllər yüz minlərlə turistləri heyran qoydu. Buz şəhərciyində hündürlüyü 240 metr olan buz təpəciklərindən müxtəlih mnəzərələr yardılıb. Binalar, kilsələr, məbədlər və müxtəlif formalı abidələr düzəldilib. Buz şəhərciyi mart ayındadək davam edəcək və milyon turistin bu Buz şəhərciyini ziyarət edəcəyi gözlənilir.
Gununsesi.info indi isə sizlərə bu şəhərciykdə düzəldilən abidələrin fotolarını və videosunu təqdim edir:






Gununsesi.info