Cəbhə bölgəsinin deputatı Tovuzdan son XƏBƏRLƏR VERDİ: “Belə atışmada...”

“Gecədən başlayaraq Tovuz istiqamətində intensiv atışmalar gedir. Artıq düşmən artilleriya qurğularından ciddi şəkildə istifadə edir. Ermənistan D30 toplarından istifadə edir”. 

Gununsesi.org bildirir ki, bu fikirləri Modern.az-a Milli Məclisin 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən olan deputatı Arzu Nağıyev cəbhədəki vəziyyət barədə ən son məlumatları verərkən deyib.

Deputat bildirib ki, Tovuzun Ağdam kəndində mülki əhaliyə də atəş açırlar:

“Hazırda kənddə intensiv atışma gedir. Artilleriyalar, minamyotlar və müxtəlif çaplı pulemyotlardan atış açılır. İnsanlar öz evində işlərinin başındadır. Elə bir ciddi panika yoxdur”.

Cəbhə bölgəsinin deputatı insanlarda ruh yüksəkliyinin olduğunu da bildirib:

“Axşam yerli sakinlərlə görüşüb söhbət etmişəm. Onların içərisində gənclər də, keçmiş qazilər də var ki,  döyüşməyə hazırdılar. Hamı ordunun yanında olmaq istəyir. Təbii ki ordu güclüdür və hər bir texnikası var. Hər kəs öz köməkliyini əsirgəməmək üçün əlindən gələni etməyə çalışır. Əsas məqam budur ki ruh yüksəkliyi var”.

Arzu Nağıyev şəhidlərin olması barədə yayılan xəbərlərə də reaksiya verib:

“Belə intensiv atışmada ola bilməz ki, hər iki tərəf itki verməsin”

Gununsesi.org