Cəbhəboyu zonada hərbi obyektlər tikilir - FOTOLAR

  • By admin
  • 27 Dekabr 2017 14:16

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam etdirilir.

Müdafiə Nazirliyindən (MN) Gununsesi.info-ya verilən məlumata görə, nazirliyin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərdə olub.

Tikintilər aparılan ərazilərə baxış keçirən müdafiə naziri general-polkovnik Zakir Həsənov inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.