Cəbhəboyu zonada yeni hərbi şəhərcik istifadəyə verildi - FOTOLAR

  • By admin
  • 23 Dekabr 2016 11:28

acilis5

Yeni tikilən növbəti hərbi kompleksin açılışı olub.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, MN rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi şəhərciyin ərazisindəki qərargah, döyüş texnikası saxlancları, əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana kompleksi, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı və digər obyektlər ilə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq əldə edilən uğurlardan danışıb, döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.

Nazir hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib.

acilis1

acilis2

acilis3

Gununsesi.info