Cəbhəboyu zonalar nəzarətə götürüldü - PREZİDENTDƏN MÜHÜM FƏRMAN

  • By admin
  • 16 May 2017 18:41

ilham eliyev serencam

Prezident İlham Əliyev “Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Gununsesi.info-nun məlumatına görə, sənəd cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi daşıyır.

Fərmanla “Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları” təsdiq edilib.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Gununsesi.info