
“Sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş hərbçilərə aylıq 360 manat veriləcək”
Gununsesi.org xəbər verir ki, bunu Xəzər TV-nin “Birinci Studiya” verilişində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib. O bildirib ki, bu, hər bir hərbçiyə şamil olunacaq.