Cəbhədə növbəti toqquşma: DÜŞMƏN İTKİ VERDİ

  • By admin
  • 27 Fevral 2017 10:00

mudafie

Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya bildirilib ki, Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib: “Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib. Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur”.

Gununsesi.info