Bu gün UEFA Region Kubokunun seçmə mərhələsinin II qrupunda ilk oyun keçiriləcək.
Gununsesi.info xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Cəbrayıl” klubu Belarusun “Kolos” komandası ilə üz-üzə gələcək.
Oyun Şamaxı şəhər stadionunda keçiriləcək. Matçı Polşa və İsraildən olan hakimlər idarə edəcək.
UEFA Region Kuboku, 24 iyun
16:00. “Kolos” – “Cəbrayıl”
Şamaxı şəhər stadionu
Baş hakim: Damian Silvestrjak (Polşa)
Baş hakimin köməkçiləri: Bartoş Kaşinsk (Polşa), Paskal Hirzel (İsveçrə)
Dördüncü hakim: Luka Sibelli (İsveçrə).
Gununsesi.info