Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 3-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1362 qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkarlanmayıb. Ümumilikdə 20 min 331 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan Axar.az-a bildiriblər ki, 75 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Qırx partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 592 min 182 kvadratmetr ərazi yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən mayın 3-dək 5618 partlamamış hərbi sursat, tank əleyhinə 113 mina və piyada əleyhinə 12 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 655 min 156 kvadratmetr ərazi yoxlanılıb.
Gununsesi.info