Cəbrayılda GÜCLÜ YANĞIN: əraziyə helikopter göndərildi - VİDEO

  • By admin
  • 26 İyun 2021 17:50

Cəbrayıl rayonunda yanğın hadisəsi olub.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə rayon ərazisində yerləşən Güllücə aşırımında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Ərazinin düşmən tərəfindən minalandığını və buna görə də yanğının yerdən söndürülməsinin təhlükəsini nəzərə alaraq, yanğınla mübarizə məqsədilə FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb olunub.

Görülmüş operativ tədbirlərlə yanğının genişlənərək yaxınlıqdakı sıx meşə zolağına keçməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.