Xəbər verdiyimiz kimi, Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, qəzada ölən şəxsin kimliyi məlum olub.
Belə ki, Sulduz Qəmbərzadənin idarə etdiyi “Ford” markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalov idarə etdiyi “Niva” markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, “Ford”un sürücüsü xəsarət alıb.
Qəzada həlak olan Ədalət Zeynalov Azərışıq ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.