Cəbrayılda sürücü minaya düşdü - Yenilənib

Noyabrın 2-si Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat yayıb.

Mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxan 1972-ci il təvəllüdlü İlqar Əhmədov piyada əleyhinə minaya düşüb. Yaralı polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılıb və xəstəxanaya çatdırılıb.

Onun ərazidəki tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü kimi çalışdığı bildirilir.

Araşdırmalar davam etdirilir.

***

Cəbrayıl rayon prokurorluğundan bildirilib ki, noyabrın 2-də rayonun işğaldan azad olunmuş ərazisində 1972-ci il təvəllüdlü İlqar Əhmədovun minaya düşməsi barədə rayon quruma məlumat daxil olub. Araşdırmalarla təmir-tikinti işləri ilə məşğul olan şirkətin sürücüsü İlqar Əhmədovun rayonun Mehdili kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info