Cəbrayılın Horovlu kəndinə növbəti köç olub

Bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub.

Gununsesi.info-nın bölgə müxbiri xəbər verir ki, bu gün Horovlu kəndinə 18 ailə – 66 nəfər köçürülüb.

Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Gununsesi.info