Cəlil Məmmədquluzadənin Bakıya gələn nəticəsi: Babamın Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim – FOTOLAR

  • By admin
  • 18 Noyabr 2019 13:56

Babam Cəlil Məmmədquluzadə haqqında məlumatım olsa da, onun Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğundan xəbərdar deyildim.

Gununsesi.org Oxu.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri bildirib.

O qeyd edib ki, Azərbaycana ilk dəfədir səfər edir və ölkəyə heyran olub:

“Azərbaycan haqqında təəssüratlarım belədir ki, Azərbaycan həm müasirdir, həm də ənənələrə, mədəniyyətə bağlı olan ölkədir. Ümid edirəm, səfərimiz davamlı olacaq”.

Qeyd edək ki, M.Cavanşiri mühəndisdir.

 

ə