Cəlilabad bazarında ölüm hadisəsi baş verib

  • By ilhame
  • 03 Oktyabr 2023 20:39

Cəlilabad rayonunda bazarda ölüm hadisəsi baş verib.

Gununsesi.info məlumatına görə, hadisə Cəlilabad şəhərindəki Mərkəzi bazarda qeydə alınıb.

Belə ki, rayon sakini, 1951-ci il təvəllüdlü Tomarxan Əhədov ərzaq alan zaman halı qəfil pisləşib. Daha sonra dünyasını dəyişdiyi məlum olub.

Ölümün səbəbini müəyyən etmək üçün mərhumun meyiti rayon morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info