
Cəlilabadda bir müddətdir ki, kənd sakinlərinə məxsus mal qara və at örüş sahələrində naməlum şəxslər tərəfindən oğurlanır.
Gununsesi.info xəbər verir ki, rayonun Suluçeşmə kənd sakini Mübariz Usubov bir müddət əvvəl təsərrüfatındakı 3 atı otlamaq üçün örüş sahəsinə buraxıb.Lakin axşam saatlarında onları axtarsa da tapa bilməyib. Oxşar hadisə kənd sakini Telman Abdullayevin də başına gəlib.Onun da təsərrüfatındakı heyvanlardan biri örüş sahəsində oğurlanıb. Kənlilər deyirlər ki, oğurluğu həyata keçirən şəxslər heyvanların ən kökünü seçirlər. Zərərçəkənlərin sözlərinə görə son günlər örüş sahələrindən mal qaranın oğurlanması heç də ilk belə hadisə deyil.
Məsələ ilə bağlı polis mlumatlandırılıb. Heyvanlara qənim kəsilən şəxslərin tapılması istiqamətində axtarışlar davam etdirilir.