Cəlilabad qəbirstanlıqda oğurluq - FOTO

  • By admin
  • 12 Noyabr 2016 12:24

qebir

Cəlilabad rayonunda qəbiristanlıqda oğurluq olub.

Gününsəsi.info xəbər verir ki, hadisə ötən axşam şəhərin Cavadxan küçəsində yerləşən mərkəzi qəbiristanlığında qeydə alınıb. Naməlum şəxs və ya şəxslər qəbiristanlığın yenicə çəkilmiş hasarın 50 metrlik hissəsini sökərək materialları aparıblar. Hadisə barədə ətraf ərazidə yaşayan sakinlər bu gün səhər saatlarında xəbər tutublar. Sakinlərin sözlərinə görə, əvvəllər də qəbiristanlığın müəyyən hissəsinə çəkilməsi üçün  alınmış dəmir konstruksiyalı 30-dan çox  hasar layları naməlum şəxslər tərəfindən  avtomobilə yüklənərək oğurlanıb.

Faktla bağlı  polisə məlumat verilib. Hadisə törədənlərin tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

qebir1

Gününsəsi.info