Cəlilabad sakininin evindən 9 min ABŞ dolları və 13 min manat pul oğrulandı - FOTOLAR

  • By admin
  • 17 Avqust 2016 10:38

cel-1

Cəlilabadda nəməlum şəxs və ya şəxslər 10 nəfərlik ailənin olduğu evdən külli miqdarda pul oğurlayıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Göytəpə qəsəbəsi Vüqar  Mürsəlov küçəsində Ələsgər Hüseynova məxsus evdə baş verib. Axşam saatlarında  nəməlum şəxs və ya şəxslər həyətdəki nərdivanı evin 2 ci mərtəbəsindəki pəncərəyə söykəyərək. Ordan otağa daxil olublar. Evi axtardıqdan sonra otaqlardan birindəki sandığın arxasını sökərək içindənki 9 min ABŞ dolları və 13 min  manat pulu oğrulayıblar.

Hadisənin ən maraqlı tərəfi isə oğurluğun  ev sahibinin oğlu Anar Hüseynovun  yatdığı otaqdan edilməsidir. Ailə üzvləri iddia edirlər ki, oğurluğun həyata keçirilməsi üçün evdə onlara qarşı yuxu gətirən dərmandan və ya qazdan istifadə olunub. Maraqlıdır ki, sandıqdakı bütün pullar oğurlansa da, orada olan  6-7 min manatlıq dəyərində qızıl zinət əşyalarına toxunulmayıb. Məsələ ilə bağlı Göytəpə Polis Bölməsindən bildirilib ki, faktla bağlı cinayət işi açılıb. Cinayətkarların tapılması istiqamətində araşdırmalar davam etdirilir.

 

cel-2

cel-3

cel-4

cel-5

Gununsesi.info