Cəlilabad və Biləsuvarda qarlı hava səbəbilə 7 nəfər yıxılaraq xəsarət alıb

  • By ilhame
  • 15 Yanvar 2024 19:50

Cəlilabad rayonunda son iki gündə qarlı hava şəraiti səbəbi ilə beş nəfər küçədə yıxılaraq travma alıb.

 

Gununsesi.info-nun məlumatına görə, analoji hava şəraiti ilə bağlı Biləsuvar rayonunda son iki gündə iki nəfər küçədə yıxılaraq müxtəlif bədən xəsarətləri alıb.

 

Onlara lazımi tibbi yardım göstərilib.

 

Qeyd edək ki, hazırda bölgədə mülayim hava şəraiti hökm sürür.

 

Gununsesi.info