Cəlilabadda 15-ə yaxın at və 5 iribuynuzlu mal-qara oğurlanıb

  • By admin
  • 10 Fevral 2018 14:33

Cəlilabadda oğurluq hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakinləri Fazil Abdullayev, Şəmsəddin Kərimov və digər bir neçə nəfərə məxsus at və iribuynuzlu mal-qara son bir neçə gün ərzində həyətlərdən və otlaq sahəsindən aparılıb.

Zərərçəkmiş şəxslər deyib ki, kənddən ayrı-ayrı şəxslərə məxsus təxminən 15-ə yaxın at və 5 iribuynuzlu mal-qara oğurlanıb.

Faktla bağlı artıq polisə məlumat verilib, araşdırma aparılır.

Gununsesi.info