Cəlilabadda 4 ton ot bağlaması yandı

  • By admin
  • 26 Yanvar 2018 10:24
Cəlilabadda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, rayonun Göytəpə şəhərində ümumi sahəsi 128 m² olan tövlənin çardağının yanar konstruksiyaları 50 m² sahədə və 14 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​
Gununsesi.info