
Cəlilabad rayonunda Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai” və “Mercedes” markalı iki avtomobil toqquşub.
Gununsesi.info Bizim.Media – ya istinadən xəbər verir ki, qəza ötmə-keçmə əməliyyatı zamanı baş verib.
Hadisədə xəsarət alan olmasa da, hər iki avtomobilin əsasən ön hissələri fiziki zədələr alıb.
Hazırda qəzaya uğramış avtomobillərin hadisə yerindən çıxarılması və hadisənin təfərrüatlarının araşdırılması davam edir.