
Сəlilabadda ağır yol nəqliyyat hadisəsi baş verib. Bir ailənin 2 üzvü dünyasın dəyişib, digər iki üzvü isə yaralanıb.
Gununsesi.info xəbər verir hadisə Cəlilabad-Cəngan avtomobil yolunun Suluçeşmə kəndindən keçən hissəsində baş verib. Rayon sakini Firdovsi Məlikov VAZ 2107 markalı avtomobili ilə hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib. Avtomobil bir neçə dəfə fırlanaraq yoldan 15 metr kənara düşüb. Nəticədə sürücü və onun 7 aylıq övladı Rəşid Məlikov hadisə yerində ölüb. Firdovsi Məlikovun həyat yoldaşı Təranə Məlikova və digər azyaşlı övladı Kəmaləddin Məlikov yaralı halda Cəlilabad Mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Hazrıda onların vəziyyəti orta -ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info