Cəlilabadda avtomobil küçə ilə gedən piyadanı vurub

  • By admin
  • 06 Mart 2018 21:22


Cəlilabadda yol nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Azərbaycan prospektində qeydə alınıb.

Küçədə gedən Nazim adlı rayon sakinini “Mercedes” markalı avtomobil vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info