Cəlilabada piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Naməlum avtomobil yolu keçmək isəyən rayonun Astanlı kənd sakini, 48 yaşlı Nadir Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Sürücü isə hadisə yerindən qaçıb. Avtomobilin qırılaraq yerə tökülmüş ehtiyyat hissələrindən onun “Vaz-2106” olduğu ehtimal olunur. Hadasəni törədən sürücünün tapılması istiqamətində axtarışlar davam etdirilir.
Gununsesi.info