Cəlilabadda bir ailədən iki gəlinin yoxa çıxmasının təfərrüatı: Bütün kənd gəlinləri axtarır…

  • By admin
  • 06 Mart 2020 13:17

Cəlilabad rayonunda bir ailədən iki gəlinin yoxa çıxmasının təfərrüatı məlum olub.

Gununsesi.org bildirir ki, rayonun Təzəkənd kənd sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, gəlinlər gecə saat 12:00-da evdən çıxıblar:

“Gəlinlər evdar qadınlardır. Birinin iki, digərinin isə bir uşağı var. Onların taleyi qaranlıqdır. Bilinmir ki, evdən gediblər, yoxsa qaçırılıblar. Gedərkən uşaqlarını da götürməyiblər. Gəlinlərin həyat yoldaşları evdə söz-söhbət olmadığını deyirlər. Gəlinlər iki gün öncə gecə saat 12:00-da evdən qonşuya getmək adı ilə çıxıblar. Bir saatdan sonra onların qayıtmadığını görəndə narahat olublar. Maraqlananda məlum olub ki, gəlinlər qonşuda çox oturmayıblar. Ailə 102-yə zəng edib. Hüquq–mühafizə orqanlarına müraciət edilib, bütün kənd gəlinləri axtarır”.

Gununsesi.org