Cəlilabadda evdə yanğın olub, iki nəfər xəsarət alıb

  • By ilhame
  • 19 Noyabr 2023 14:01

Cəlilabad rayonunda evdə yanğın olub, iki nəfər xəsarət alıb.

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Buravar kəndində qeydə alınıb. Belə ki, evdə baş verən yanğını söndürən zaman iki nəfər xəsarət alaraq, rayon xəstəxanasına aparılıb.

Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info