Cəlilabadda evdə yanğın zamanı xəsarət alan azyaşlı ölüb

  • By Günel
  • 11 Sentyabr 2024 17:20

Cəlilabadda yanğın baş verən evdə xəsarət alan uşaq ölüb.

Gununsesi.info – nun APA-ya istinadən verdiyi məlumata görə, 3 gün əvvəl Cəlilabad rayonunun Azərbaycan küçəsində fərdi yaşayış evində yanğından xilas olunan 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakı şəhərində xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, yanğın baş verən zaman Rüqəyya evdə yatmış olub. Hadisə yerinə gələn FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları ilk olaraq 5 yaşlı uşağı xilas edərək aidiyyəti üzrə təhvil vermişdilər. Ağır vəziyyətdə olan uşaq təcili olaraq Bakı şəhərinə göndərilmişdi.

Gununsesi.info