Cəlilabadda faciə – 7 yaşlı uşaq yanğında öldü

  • By admin
  • 09 İyul 2017 12:42

572b3458b3079c8febf26c400798b498jpg
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Gununsesi.info-nun Report-a istinadən məlumatına görə, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Kənd sakini Əliyar Əliyevə məxsus birmərtəbəli 5 otaqlı fərdi yaşayış evi yanıb. Yanğın zamanı Ə.Əliyevin 7 yaşlı oğlu Hüseyn Əliyev tüstüdən zəhərlənmə nəticəsində ölüb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

Gununsesi.info