Cəlilabadda “Kamaz” aşdı, sürücü öldü

  • By admin
  • 03 Sentyabr 2023 20:27

Cəlilabad rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Ləkin kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Söhbət Məmişov, idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə hərəkətdə olarkən, qəfildən ağır tonnajlı maşını aşırıb. Sürücü ölüb. Meyit avtomobildən çıxarılıb. İlkin məlumata görə, sürücü yük maşını aşmamışdan öncə ürəktutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info