
Bu gün Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Dələli kəndində qeydə alınıb.
Belə ki, kənddəkk ziyarətgahın ərazisində yerləşən məscidin dam örtüyü yanıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülsə də, məscidə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Nizam Rza
Gununsesi.info