Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticilənən yol qəzası olub.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobili yolu keçmək istəyən kənd sakini 2015-ci il təvəllüdlü Z. Abbasovanı vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan azyaşlını sürücü rayon xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info