Cəlilabadda orta əsrlərə aid kurqan tapıldı- FOTO

Cəlilabadda orta əsrlərə aid kurqan tapıldı

Cəlilabadda orta əsrlərə aid olduğu güman edilən kurqan aşkar olunub. İnsan sümükləri və digər əşyaların tapıldığı yerdə indiyə kimi arxeoloji tədqiqatlar aparılmayıb. Artıq tapıntı ilə bağlı Milli Elmlər Akademiyasının Arxeolojiya və Etnoqrafiya İnstutuna məlumat verilib.

Gununsesi.info xezerxeber.az-a istinadən bildirir ki, bayraq dirəyi basdırılamsı üçün qazıntı işləri aparılarkən insan sümüklərinin qalıqları aşkar olunub.

Cəlilabadin Şıxlar kəndindəki ərazidəki qəbirin xüsusi ölçülü qırmızı kərpic parçaları ilə əhtə olunduğundan buranın qədim kurqan olduğu ehtimal edilir.

Kənddəki Kiçik təpəcik ərazi uzun müddətdən bəri tarixçilərin diqqətini cəlb etsə də burada indiyə kimi arxeoloji tədqiqatlar aparılmayıb.Tarixçi Ələsgər Mirzəzadənin sözlərinə görə burada qazıntı işləri aparılarsa Kurqan abidəsi ilə bağlı daha müfəssəl məlumatlar əldə etmək olar.

Tarixi mənbələrdə məlumdur ki, bu kimi qəbir abidələri yüksək nüfuza malik olan şəxslər üçün ucaldılırmış.Artıq tapıntı ilə bağlı Milli Elmlər Akademiyasının Arxeolojiya və Etnoqrafiya İnstutuna məlumat verilib.

Gununsesi.info

COMMENTS