Cəlilabadda ötən illə müqayisədə meyvə və giləmeyvə istehsalı artıb

  • By Günel
  • 06 Oktyabr 2024 13:35

Cəlilabadda bu il ötən illə müqayisədə meyvə və giləmeyvə istehsalı artıb.

Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, bu il 2 286 hektar sahədə meyvə və giləmeyvə yetişdirilib. İndiyə qədər 33 810 hektar məhsul əldə olunub.

Ötən il isə 2 184 hektar sahədə meyvə və giləmeyvə yetişdirilib. Cari ilin müvafiq dövrü ilə müqayisədə ötən il 28 487 ton məhsul toplanıb.

Qeyd edək ki, rayon ərazisində üzüm, çiyələk, gilas, nar, xurma, qoz, fındıq və badam kimi meyvə və giləmeyvə sahələri mövcuddur.

Gununsesi.info