Cəlilabadda qarda qalan avtomobillər xilas edildi

  • By admin
  • 21 Mart 2022 09:21

Cəlilabad rayonunun Kövüzbulaq kəndində, içərisində vətəndaşların olduğu 5 ədəd minik avtomobilinin qarda bataraq qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. 

Gununsesi.info xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Görülən tədbirlər nəticəsində avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.

Gununsesi.info