Cəlilabadda qaz xətti zədələndi, 2300 abonent qazsız qaldı

Cəlilabadda 2300 abonent qazsız qalıb, buna səbəb qazıntı aparılan zaman qaz kəmərinin zədələnməsi olub.

Gununsesi.info xəbə verir ki , Cəlilabad rayonu “Günəşli” qaz paylayıcı stansiyadan qidalanan Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərini qidalandıran diametri 200-mmlik yeraltı qaz kəməri internet xətlərini çəkən podratçı şirkət tərəfindən qazıntı aparılarkən zədələnib. Nəticədə 2300 abonetin qaz təchizatı dayanıb.
Qəzanı aradan qaldırmaq üçün işlər görülür.
Gununsesi.info