
Cəlilabad rayonunda ağır yol qəza olub.
Gununsesi.info Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad – Boyxanlı avtomobil yolunda qeydə alınıb.
Belə ki, traktorla “VAZ-2106” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində yaralıların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info