Cəlilabadda yol qəzası -xəsarət alanlar var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, Uzuntəpə kəndində yük avtomobili yol kənarındakı maneəyə çırpılıb.

HTML tutorial

Hadisə zamanı Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Nuriyev Rövşən Abbas oğlu və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info