Cəlilabadda yol qəzası can aldı: ölən və yaralılar var - EKSKLÜZİV (FOTOLAR)

  • By admin
  • 24 İyun 2016 12:39

Car crash Jalilabad

 

HTML tutorial

Cəlilabadda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Gununsesi.info xəbər verir ki, hadisə axşam saatlarında Cəlilabad-Boyxanlı avtomobil yolunun Bədirli kəndindən keçən hissəsində baş verib. Rayonun Məlikqasımlı kənd sakini  Mais Əzizov “Vaz 2107” markalı avtomobili ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn Boyxanlı kənd sakini Davud Səfərovun idarə etdiyi “Mercedes” markalı avtomobilə çırpılıb. Nəticədə, “Juquli”nin sürücüsünün həyat yoldaşı Məlahət Kərimova dünyasını dəyişib.Hər iki avtomobilin sürücüsü, eləcə də digər xanım sərnişin Mahirə Qafarova yaralanaraq xəstəxanaya çatdırılıblar. Hazırda onların vəziyyətinin orta ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

fe30ed0b-a653-4072-8901-292a55b38e06

 

688f4470-90bc-4c36-b021-d1e8b249c305

 

688f4470-90bc-4c36-b021-d1e8b249c305 - копия

 

688f4470-90bc-4c36-b021-d1e8b249c305