Cəlilabadda yol qəzası nəticəsində bir nəfər xəsarət alıb

  • By admin
  • 10 Mart 2018 19:58


Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, yol qəzası nəticəsində rayonun Alaşar kənd sakini, 1988-ci il təvəllüdlü Babayev Pərviz Abış oğlu xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info