Cəlilabadda yol qəzası: Ölən və yaralananların adları AÇIQLANDI - YENİLƏNİB

Cəlilabad rayonunda yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report”un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində Salayev Murad Fazil oğlu hadisə yerində ölüb.

HTML tutorial

Hadisə zamanı xəsarət alan Salayev Rəhman Şamil oğlu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, Əzimov Cavidan Həbib oğlu və Salahzadə Həsən Yalçın oğlu isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

16:47

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, qəza rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı “VAZ 2107” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb, üç nəfər isə yaralanıb.

Yaralılardan biri Cəlilabad rayon Mərkəzi Xəstəxanasına, ikisi isə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info