Cəlilabadda Zəfər Günü ilə bağlı gənclər fləşmob keçirib

  • By ilhame
  • 07 Noyabr 2023 21:23

Cəlilabad rayonunda Zəfər Günü ilə bağlı gənclər fləşmob keçirib.

Gununsesi.info-nun məlumatına görə, fləşmob 8 Noyabr “Zəfər Günü” ilə əlaqədar “Yaşasın Azərbaycan” tədbirlər planının icrasına əsasən baş tutub.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayon üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən fləşmobda “Azərbaycan xəritəsi” yaradılıb.

Tədbirdə 350 gənc iştirak edib.

Gununsesi.info