Cəlilabaddakı yanğında iki qardaş xəsarət aldı

  • By ilhame
  • 19 Noyabr 2023 16:45

Cəlilabad rayonunda mənzildə yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Buravar kəndində qeydə alınıb.

Yanğın zamanı 1991-ci il təvəllüdlü Tacəddin Cəfərov və qardaşı 1993-cü il təvəllüdlü Saməddin Cəfərov yanığ xəsarəti alıb.

Xəsarət alan qardaşlar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info