Cəlilabadın Alaşar kəndində yollar bərbad vəziyyətdədir

Cəlilabadın Alaşar kəndində yollar bərbad vəziyyətdədir.

Bu barədə “Report”un yerli bürosuna kənd sakinləri məlumat veriblər.

HTML tutorial

Onların sözlərinə görə, kəndin dörd əsrlik tarixi var:

“Yolumuzdan şikayətçiyik. Bütün fəsillərdə bu yol bizə çətinliklər yaradır. Rayon mərkəzinə gedib-gəlmək bizə daha çox əziyyət verir. Yolumuz asfalt olsa, heç bir əziyyət çəkmərik. Rahat gedib-gələrik. Axşam saatlarında yolda işıqlandırma sistemi olmadığı üçün hərəkət etmək tamamilə çətinləşir”.

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, kəndin yolları 2023-cü ildə təmir olunaraq asfaltlanacaq.

Gununsesi.info